Noyabrın 7-dən 11-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş beynəlxalq kulinariya çempionatında ölkəmizin təmsilçiləri uğurla çıxış ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun sözlərinə görə, çempionatda 9 ölkədən 50 aşpaz iştirak edib. Üç turdan ibarət olan müsabiqədə ölkəmizi Anar Qasımov və Teymur Şıxəliyev təmsil edib. A sinfi adlanan birinci turda iştirakçılar hind toyuğunun ətindən yeməklər bişiriblər. A.Qasımov ləvəngi, T.Şıxəliyev isə heyva dolması, heyva və üzüm yarpağından kompozisiya hazırlayıb. Hər iki təmsilçimiz bürünc medal qazanıb.
   B sinfində isə iştirakçılar mal ətindən yemək bişiriblər. Bu sinifdə 5 iştirakçı, o cümlədən fsincan plov hazırlayan təmsilçimiz T.Şıxəliyev qızıl medal alıb. ”Qara qutu” adlanan final yarışında isə T.Şıxəliyev gümüş medala layiq görülüb. 

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar