İyulun 3-dən 7-dək V Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək. “Premier LTD” agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan layihəyə bu il Heydər Əliyev Mərkəzi dəstək verir.
Konsertlər qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək.
Həmin gün Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə konserti də olacaq.
Mərkəzin parkının ərazisindəki konsertlərə giriş sərbəstdir.