2013-cü il yanvarın 19-dan etibarən Dubayın «Flydubai» aviaşirkəti Maldiv Respublikasının paytaxtı Male şəhərinə uçuşlara başlayacaq. Uçuşlar həftədə 5 dəfə yerinə yetiriləcək. «Biz Maldiv adalarına uçuşlar həyata keçirəcək ilk qənaətcil aviaşirkət olaraq, bu cənnət-məkana hava yolu açdıq», - deyə aviaşirkətin rəhbəri Qeyt əl-Qeyt bildirib. Dubay-Male-Dubay aviareysinə biletin minimal qiyməti 470 dollardır.
   Qeyd edək ki, Maldiv adaları dünyada zəngin tarixi, ekzotik mətbəxi, dəbdəbəli istirahət zonaları ilə tanınır. Burada su idman növləri, xüsusən dayvinqlə məşğul olmaq üçün geniş imkanlar mövcuddur. Ümumi ərazisi 90 min kv. km olan ölkə 1190 mərcan adadan ibarətdir.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar