Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik, peşəkar milli teatrımızın yaranmasını 150 illik yubileyi ilə əlaqədar  Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən qastrol səfərləri çərçivəsində iyulun 10-da Şəkidə çıxış edəcək.

Kollektiv musiqili-tarixi esse kimi səhnələşdirilən "Sən elə bir zirvəsən!.." tamaşasını Şəki Dövlət Dram Teatrında göstərəcək.

Layihənin rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Səhnə əsərində teatrın solistlərindən Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, Akademik Musiqili Teatrın bu tamaşası iyunun 19-da Gəncədə də nümayiş olunub.