Dekabrın 13-ü Dünya Turizm Təşkilatı tərəfindən əlamətdar gün kimi qeyd ediləcək. Həmin gün turizmlə bağlı müxtəlif genişmiqyaslı tədbirlərlə yadda qalacaq. Bu barədə qurumun baş katibi Taleb Rifai İstanbulda keçirilən «Şəhər turizmi üzrə zirvə toplantısı: iqtisadi və sosial inkişafın sürətləndirilməsi» adlı beynəlxalq sammitdə bildirib. Baş katib deyib ki, 2012-ci il dekabrın 13-ü dünyada 1 milyardıncı insanın səyahət günü kimi tarixə düşəcək. Bunun simvolik rəqəm olduğunu deyən T.Rifainin sözlərinə görə, Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, bu il dünyada 1 milyard insan turist kimi səyahət edəcək. Artıq əldə edilən rəqəmlər də bunu deməyə əsas verir. Belə ki, bu ilin ilk 6 ayı ərzində dünyada, xüsusilə Avropa ölkələrində tüğyan edən maliyyə böhranına baxmayaraq, turizm sahəsində 5,2 faiz artım müşahidə olunub. Bu da dekabr ayına qədər dünyada səyahət edən insanların sayının 1 milyard nəfərə çatmasına ümid verir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar