Noyabrın 20-də Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında alman şərablarının dequstasiyası təşkil olunub. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Azərbaycanda yerli istehsalın inkişafı ilə yanaşı, xarici ölkə istehsalçılarının öz məhsullarını təqdim etməsi üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Azərbaycanla Almaniya arasında əlaqələrin getdikcə daha da inkişafından məmnunluğunu bildirən səfir son illər humanitar və turizm sahəsində əməkdaşlığın dərinləşdiyini vurğulayıb.
   Herbert Kvelle son vaxtlar Almaniyada Azərbaycana marağın get-gedə artdığını, bunun alman turistlərin ölkəmizə səfərlərinin çoxalmasında da özünü göstərdiyini vurğulayıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar