Azərbaycanın Şəki şəhərinin «Memarlıq qoruğu şəhəri» elan edilməsi nəzərdə tutulur. Bu barədə Şəki Turizm-İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Şəki şəhərində müxtəlif təmir-abadlıq işləri aparılır.
   Nəsib İmaməliyev deyib ki, bir müddət əvvəl xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin, mədəni-tarixi abidələrinin, hotellərinin, istirahət mərkəzlərinin, tanınmış sənətkarlarının koordinatları qeyd edilib. Bundan əlavə, Şəki Turizm-İnformasiya Mərkəzi tərəfindən rayonun tarixi abidələri ilə bağlı məlumatları özündə əks etdirən bukletlər də hazırlanıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar