Turizm İnstitutunda «Azərbaycan Respublikasında sosial siyasətin xüsusiyyətləri» mövzusunda elmi-metodik seminar keçirildi. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkilləri Xanhüseyn Kazımlı, Əli Məsimli və Vahid Əhmədov iştirak edirdi.
   ATİ-nin rektoru, professor Cəfər Cəfərov çıxışında institutda tədris-təlim-təcrübə prosesi ilə yanaşı, elmi araşdırmaların aparıldığını da bildirdi. İqtisadiyyat kafedrasının əməkdaşları tərəfindən Azərbaycanda rekreasiya turizminin inkişaf istiqamətləri üzrə tədqiqat aparıldığı vurğulandı. Bu araşdırmalarda müvafiq dövlət proqramlarının uğurlu həllini şərtləndirən göstəricilər geniş analiz edilir. MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli elmi-metodik seminarın gündəliyinə daxil edilmiş mövzunun geniş müzakirə predmeti olduğunu diqqətə çatdırdı.
   ATİ-nin İqtisadiyyat kafedrasının müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmira Qocayeva «Azərbaycan Respublikasında sosial siyasətin xüsusiyyətləri» mövzusunda məruzə-təqdimatla çıxış etdi. Statistik göstəricilər əsasında hazırlanmış məruzə-təqdimatın illər üzrə şərhindən sonra başlanan müzakirələrdə millət vəkilləri, digər tədbir iştirakçıları tərəfindən irəli sürülən təkliflər böyük marağa səbəb oldu.    

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar