İlk dəfə Cənubi Koreyada səhnəyə çıxıb...

 

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən konsertdə orkestri EveR-6 adlı android robot idarə edib.

Ölkənin Qabaqcıl Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanmış insanabənzər android robotun Koreya Milli Teatrında orkestrə dirijorluq etməsi dünya mədəniyyəti tarixində bir ilkdir.

Tamaşaçılara təzim də edən robot dirijorun konserti dəqiqliklə idarə etməsi böyük maraq doğurub və alqışlarla qarşılanıb.