Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi məktəblilərin yay tətilinin səmərəli keçirilməsi məqsədilə “Yay tətilini kitablarla keçirək!” başlığı altında kitab sərgisi təşkil edib.

Uşaq şöbəsinin baş kitabxanaçısı Aytən Əliyeva sərgi haqqında məlumat verib. Bildirilib ki, sərgidə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən nəşrlər, Qarabağın tarixi haqqında kitablar, Azərbaycan və dünya ədəbiyyatı nümunələri və eləcə də kiçikyaşlı uşaqlar üçün Azərbaycan rus və ingilis dillərində nağıllar nümayiş olunub.

Sərginin təşkilində məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək və onları mütaliəyə həvəsləndirməkdir.

Nurəddin