Birləşmiş Ərəb Əmirliklərindəki “Emirates Media” qrupuna daxil olan “Əl-İttihad” qəzetində “Tarixin zənginliyi ilə təbiətin əzəmətinin görüşdüyü Azərbaycan sahillərində” sərlövhəli məqalə dərc olunub. Məqalədə deyilir ki, Xəzər sahili boyu çoxlu çimərlikləri olan Azərbaycanda isti yay günlərində turistləri gözəl əyləncə və mənalı istirahət gözləyir: “Yayda istirahətin ən məşhur yerlərindən biri Xəzərin şimal sahilləridir. Xüsusilə, istirahət zonası olan Nabran və onun əhatəsindəki digər rayonları qeyd etmək olar. Məzuniyyətdə olanlar üçün bu zonada lüks və böyük otellərdən başlamış, tənhalığa qovuşmaq üçün kiçik, yalnız rahat kənd evlərində qalmağa qədər böyük seçim mövcuddur”.
   Yazıda vurğulanır ki, dağlarına görə də Azərbaycan yay fəslində səfər etmək üçün ən cəlbedici yerlərdən biridir. Mineral bulaqlar böyük sərvət hesab edilir və ölkədə mineral vannalar turizmin inkişafı üçün çox vacib rol oynayır: “Aprel-iyun ayları Azərbaycanda səmanın aydın, yerin isə yaşıllıqlar və gül-çiçəklə bol olduğu ovalıqları ziyarət etmək üçün ən yaxşı vaxt hesab edilir. Oktyabr ayında Bakıda havalar çox gözəl olur, belə ki, gündüzlər isti, gecələr isə sərin keçir. Sözün qısası, Azərbaycan təbii sərvətlərlə zəngin bir ölkədir”.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar