Ağdam Dövlət Dram Teatrında gənclərin narkomaniyaya aludəçiliyinə qarşı növbəti maarifləndirici tamaşa hazırlanır. Sahib İbrahimlinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dərs” tamaşasının quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Azər Şükürovdur. 

Əsas etibarilə teatrın gənc aktyorlarının oynadığı səhnə əsəri bir qrup gəncin narkomaniya bəlasına düçar olmasından bəhs edir. Qadın müəllimlər bu bəlaya düşmüş tələbələrini xilas etməyə çalışırlar.

Rolları Nuranə Əliyeva, Camal Zamanov, Qalib Abdullazadə, Hakim Cəfərli, Anar Əhmədov və başqaları ifa edirlər. Tamaşa yeni mövsümdə sənətsevərlərə təqdim olunacaq.