Xəbər verdiyimiz kimi, bu il noyabrın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda keçirilən Dünya Səyahət Sərgisi (World Travel Market-2012) çərçivəsində Dünya Turizm Təşkilatının Nazirlər Sammitində iştirak edib. Nazir tədbirdə "Açıq sərhədlər və açıq səmalar" adlı sessiyada çıxış edərək turizm sahəsində Azərbaycanda görülmüş işlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı və Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq haqqında iştirakçılara geniş məlumat verib.
   Bununla bağlı Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və “World Travel Market”in direktoru Fiona Jefferinin adından nazirə təşəkkür məktubu ünvanlanıb.
   “Sizin təcrübəniz və bizim sektorda baş verən dəyişikliklər barədə fikirləriniz bizim üçün önəmlidir. Ümid edirik ki, biz sizin bundan sonra dəstəyinizə arxalana bilərik. Hər hansı bir təklifləriniz olarsa, biz də onları eşitməyə şad olarıq. 2012-ci il Nazirlər Sammitinin müvəffəqiyyətlə keçməsinə yardım etdiyiniz üçün sizə bir daha öz təşəkkürümüzü bildiririk”, - deyə məktubda vurğulanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar