Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” olması ilə əlaqədar iyulun 9-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində fotosərgi açılıb.
Sərgidə Şuşanın füsunkar gözəlliyini əks etdirən fotolar, eləcə də şəhərin Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə incilər bəxş etmiş tarixi şəxsiyyətlərinin şəkilləri yer alıb.
Sərgi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib.
Sərgini ziyarət edənlərə Şuşa açıqcaları paylanılıb.
Layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin təbliğ edilməsidir.