Azərbaycan

 

11 iyul 1926 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam, baş rəssam işləyib, Musiqili Komediya Teatrında tamaşalara səhnə tərtibatı verib

11 iyul 1926 – Tarix elmləri doktoru Şövkət Əzizağa qızı Tağıyeva (1926-2015) anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.

11 iyul 1937 – Əməkdar rəssam Əkrəm Qulam oğlu Həsənzadə (1937 – 22.11.2007) anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda çalışıb. Rəssamlar İttifaqının bölmə müdiri olub.

11 iyul 1939 – SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifbaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşib.

11 iyul 2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla...” və s. filmlərə quruluş verib.

11 iyul 2017 – Prezident İlham Əliyev Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

12 iyul 1812 – Mütəfəkkir yazıçı, böyük dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyanın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 

12 iyul 1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

12 iyul 1940 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (1940 – 9.9.2022) anadan olub. Teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, mahnıların müəllifidir.

12 iyul 1987 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov; 1916-1987) vəfat edib.

12 iyul 2017 – Prezident İlham Əliyev görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

13 iyul 1889 – Maarif və mədəniyyət xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) Şuşada anadan olub.

13 iyul 1910 – Yazıçı-dramaturq, tərcüməçi Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.

13 iyul 1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.  20-dək ölkədə sərgisi keçirilib.

13 iyul 1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

 

13 iyul 1946 – Bəstəkar Eldar Səid oğlu Rüstəmov (1946-2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.

13 iyul 2001 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (19.8.1912 – 2001) vəfat edib. . “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 

14 iyul 1905 – Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.

14 iyul 1914 – Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib.

 

Dünya

 

11 iyul 1892 – Amerika aktyoru, kinodramaturq, “Oskar” mükafatçısı Tomas Con Mitçell (Thomas John Mitchell; 1892–1962) anadan olub.

 

12 iyul 1813 – Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard; 1813-1878) anadan olub.

12 iyul 1884 – İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.

12 iyul 1904 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto; 1904-1973) anadan olub.

 

13 iyul 1841 – Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner; 1841-1918) anadan olub.

13 iyul 1923 – SSRİ Xalq artisti Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.

 

14 iyul 1860 – Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan “Qafqaz” kitabının müəllifidir.

14 iyul 1903 – Amerika yazıçısı İrvinq Stoun (İrving Stone; 1903-1989) anadan olub. Görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.

14 iyul 1904 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (İsaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.

14 iyul 1918 – İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst İngmar Bergman; 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.

14 iyul 1928 – Gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

Hazırladı: V.Orxan