Litvanın paytaxtı Vilnüsdə 10-cu yubiley Beynəlxalq Milad xeyriyyə yarmarkası keçirilib. Ölkəmizin Litvadakı səfirliyindən verilən məlumata görə, tədbirdə diplomatik nümayəndəliklərin, xarici dövlətlərin səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Litvanın sabiq Prezidenti Valdas Adamkusun himayəsi altında Vilnüs Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil edilən tədbirə 5 mindən çox iştirakçı qatılıb.
   Azərbaycan üçün ayrılan stenddə xalça, kəlağayı, musiqi nümunələri, milli suvenirlər, eləcə də lavaş, şirniyyatlarımızdan paxlava, şəkərbura, qoğal, kökə, badambura, həmçinin Azərbaycanda istehsal olunan içkilər, meyvə şirələri nümayiş olunub.
   Litvalılar Azərbaycan stendində nümayiş olunan milli məhsullarımızı almaq üçün, uzun növbəyə dayanmalı olublar. Litvanın sabiq Prezidenti stendimizə baş çəkib, paxlava və nar şirəsindən dadıb. Səfir Həsən Məmmədzadə ilə söhbət edən Valdas Adamkus bu cür xeyriyyə tədbirində Azərbaycanın yüksək səviyyədə iştirakından məmnunluğunu ifadə edib.
   Gün ərzində əldə olunan xeyli məbləğdə vəsait səfirliyimiz tərəfindən təşkilatçılara ödənilib. Xeyriyyə tədbirindən əldə olunan vəsait Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına veriləcək. 

   * * *
   Beynəlxalq Qadınlar Klubu Latviyanın paytaxtında, Riqa Dumasının binasında xarici ölkələrin Latviyada akkreditə edilmiş səfirləri ilə birlikdə ənənəvi milad xeyriyyə yarmarkası təşkil edib. Bu il 16-cı dəfə təşkil olunan yarmarkada ölkəmizin Latviyadakı səfirliyi və Azərbaycan diasporu tərəfindən təşkil edilmiş stend maraqla qarşılanıb. Stendin ziyarətçilərinə milli suvenirlər, ölkəmiz haqqında kitablar, habelə milli şirniyyat nümunələri təklif edilib. Yarmarkanın ümumi mədaxilinə Azərbaycan da xeyli məbləğ əlavə edib. Xeyriyyə tədbirində əldə olunan vəsait valideyn qayğısından məhrum olmuş uşaqlar üçün SOS sığınacağına və uşaq evlərinə veriləcək. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar