Göyçay şəhər Rəsul Rzanın Ev-Muzeyində iyulun 8-də gənc rəssamlar Rahim İbrahimov və Yunis Həmidovun əsərlərindən ibarət “Duyğuların rəngi” adlı sərgi təşkil olunub.
Muzeyin bələdçisi Gülnar Ağayeva rəssamları sərgi münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Rəssam, pedaqoq Ehtiram Kərimov gənclərin duyğularını ecazkar rənglərin köməyi ilə ağ kətan üzərinə həkk etməyə nail olduqlarını qeyd edib. Digər çıxış edənlər də sərgi ilə bağlı fikirlərini bildiriblər.
Rahim İbrahimov və Yunis Həmidov onlara yaradılan şəraitə görə muzeyin rəhbərliyinə təşəkkür ediblər.
Sonda qonaqlar sərgi ilə tanış olublar. Sərgi iyulun 15-dək davam edəcək.