Qax rayon Qum kənd kitabxanasında “Qədim el peşələri” başlığı altında sənət ustaları ilə görüş təşkil edilib.

Qeyd olunub ki, hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz əksini tapır. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları qədim dövrlərdən xəbər verən maddi mədəniyyət nümunələrinə çevrilib.

Çıxış edən tətbiqi sənət ustaları məşğul olduqları sahələr haqqında danışıb, işin çətinliyi və məsuliyyəti haqqında söz açıblar. Ustalar həmçinin unudulmaqda olan sənətə marağın artırılması ilə bağlı öz təkliflərini dilə gətiriblər.