Dekabrın 5-də Türkiyənin İğdır Universitetinin rektoru professor dr. İbrahim Hakkı Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunun qonağı olub.
   ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq bu görüşün iki ali təhsil ocağı arasında əməkdaşlığa xidmət edəcəyini bildirib. Türkiyənin İğdır Universitetinin nümayəndə heyətinin bu ilin əvvəlində ATİ-yə gəlişini xatırladan rektor təhsil ocağının fəaliyyəti barədə həmkarına ətraflı məlumat verib.
   Öz növbəsində İbrahim Hakkı Yılmaz İğdır Universitetinin 2008-ci ildə yarandığını, 6 fakültə və təhsil ocağının nəzdindəki institutlarda ümumilikdə 2800 nəfər tələbənin oxuduğunu bildirib, turizm fakültəsinin açılacağını diqqətə çatdırıb. Qonaq ATİ-nin təhsil-təlim, təcrübə-tədqiqat sahəsində məqsədli fəaliyyətindən yararlana biləcəklərinə inandığını vurğulayıb.
   Görüşün sonunda ATİ və İğdır Universiteti arasında akademik əməkdaşlıq və mübadilə protokolu imzalanıb. Sənəddə ali məktəblərin əməkdaşlarının, eləcə də tələbələrin mübadiləsi, ikili diplom proqramları, akademik tədqiqatlar, müştərək çap məhsulları, mədəni tədbir, elmi konfransların keçirilməsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutulur.    

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar