Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları ölkə ərazisində palçıq vulkanlarının monitorinqini keçirirlər. İnstitutdan verilən məlumata görə, ilk olaraq Lökbatan ərazisində püskürmüş palçıq vulkanında elmi araşdırmalara başlanılıb. Araşdırmalar zamanı orada gedən geoloji proseslər, aktivlik dərəcəsi daha dəqiq ölçüləcək və seysmik aktivliyin bu vulkanlara təsiri müəyyənləşdiriləcək.
   Rusiyalı mütəxəssislərin də yaxından iştirak etdiyi monitorinq Abşeron, Qobustan və Şamaxı palçıq vulkanlarını əhatə edəcək. Sonda institut tərəfindən sönmüş vulkanların 3D modelinin qurulması nəzərdə tutulub. İnstitutda dünya ölkələrinin palçıq vulkanlarının atlası da hazırlanır.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar