Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 91-ci mövsümünü iyulun 14-də başa vurub.
Yaradıcı kollektiv teatrsevərlər, balaca tamaşaçılar üçün bu son günü də yaddaqalan etmək üçün əlindən gələni edib.
Cari mövsümdə hazırlanan baxımlı səhnə nümunələrindən biri – “Üç donuz balası” böyük marağa səbəb olub. Mövsümün son tamaşası da anşlaqla keçib.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.
Nümayişin ardınca teatrın mövsüm ərzində məhsuldar fəaliyyəti ilə seçilən əməkdaşları – aktyorlar, rejissor və texniki işçilər müxtəlif nominasiyalar üzrə təşəkkürnamələrlə təltif olunublar.