Dekabrın 8-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatının bir qrup üzvü üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil edilib.
   
   Mərkəzin baş metodisti Müjkan Məmmədzadənin rəhbərliyi ilə həyata keçirilən ekskursiya qoruq ərazisində 2011-ci ildə inşa edilmiş muzeydən başladı. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin ziyarətçilərə təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsi təcəssüm etdirir.
   Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentlər, qayaüstü incəsənətin təkamülü ilə tanış olmağa imkan verir.
   Sonra ekskursiya Qobustan qoruğunda davam etdirilib. Qobustan dünyada ən məşhur tarixi-bədii qoruqdur. Qoruq mezolit dövründən (eramızdan əvvəl VIII minillik) orta əsrlərədək dövrü əhatə edən qayaüstü rəsmlərin, kurqan və yaşayış obyektlərinin qorunub saxlanması, öyrənilməsi və təbliği məqsədilə yaradılıb. Qayaüstü təsvirlər ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaşadır.
   Ekskursiya iştirakçılarda qədim tariximizlə bağlı zəngin təəssürat yaradıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar