Qəbələ rayon Mədəniyyət Mərkəzində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Şanlı Zəfərə aparan yol” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Milli Qəhrəmanın və ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova və başqaları çıxış edərək Milli Qəhrəmanın döyüş yolundan, Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən söz açıb, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistanın törətdiyi hərbi təxribatın qarşısının qətiyyətlə alınmasının 44 günlük Vətən müharibəsi öncəsi böyük əhəmiyyətini diqqətə çatdırıblar.

Mədəniyyət mərkəzinin əməkdaşları Polad Həşimova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Sonda iştirakçılar Milli Qəhrəmana həsr olunmuş videoçarxı izləyiblər.

Nurəddin