Dekabrın 13-də dünya üzrə 2012-ci il ərzində turist sayı 1 milyard nəfərə çatıb. Dünya Turizm Təşkilatının təşəbbüsü ilə həmin gün simvolik olaraq dünya üzrə milyardıncı turistin beynəlxalq səyahət tarixi kimi qeyd olunub.
   
   Təşkilatın üzvü kimi Azərbaycan da «Milyardıncı turist» aksiyasına qoşulub. Bununla əlaqədar dekabrın 13-də Heydər Əliyev Beynəlxalq Hava Limanında mərasim keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov bildirdi ki, 13 dekabr tarixində «Azərbaycan Hava Yolları»nın Bakı-London aviareysi ilə uçan hər bir sərnişin dünya üzrə səyahət edən milyardıncı turist ola bilər: “Bu rəqəm simvolik hesab olunur. Mədəniyyət və Turizm Nazirliyi «Azərbaycan Hava Yolları» ilə birgə bu aksiyada iştirak edir. Bakı-London 007 nömrəli reysinin hər bir sərnişini özünü milyardıncı turist hesab edə bilər”.
   Sonra aviareysin qeydiyyatdan keçən hər bir sərnişininə milli geyimli qızlar tərəfindən sertifikat və gül dəstələri təqdim olundu. Sertifikatda aksiyanın qısa məramı, aksiyanı təşkil edən iştirakçı təşkilatların rəhbərlərinin imzası əks olunmuş təbrik qeyd olunmuşdu.
   Qeyd edək ki, AZAL-ın Bakı-London aviareysi ilə «Airbus-320-200» təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 19:05-də yola düşüb.
   Qeyd edək ki, Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, bu ilin ilk 6 ayı ərzində dünyada, xüsusilə Avropa ölkələrində tüğyan edən maliyyə böhranına baxmayaraq, turizm sahəsində 5,2 faiz artım müşahidə olunub. Nəticədə ilk dəfə olaraq dünya üzrə turist sayı 1 milyard nəfərə çatıb.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar