Dekabrın 12-də Azərbaycan Turizm İnstitutunda «Heydər Əliyev və Azərbaycanın bugünkü yüksəlişi» mövzusunda mühazirə-seminar keçirilib. Mühazirə-seminarda müstəqil Azərbaycan dövlətinin inkişafında və dünya dövlətləri sırasında layiqli yer tutmasında Heydər Əliyevin tarixi xidmətləri, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Tələbələrə məlumat verilib ki, ulu öndərin rəhbərlik etdiyi dövrdə respublikada turizmin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 1969-cu ildə ölkəmizin müxtəlif bölgələrində turizm büroları və turist bazaları fəaliyyətə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə 1983-cü ildə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə xüsusi qərar qəbul edilib.
   Dekabrın 12-də həmçinin ATİ-nin bir qrup müəllim və tələbəsi ümummilli liderin Fəxri xiyabandakı məzarını ziyarət edib, abidə önünə gül-çiçək qoyub, «ATİ Media»da dahi rəhbərin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub. 

   Fəxriyyə
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar