Noyabrın 26-dan dekabrın 1-dək Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin ekspertlərindən ibarət 6 nəfərlik heyət ölkəmizdə səfərdə olub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə gələn heyət üzvləri ölkəmizin dənizsahili ərazilərində araşdırmalar aparıb, Siyəzən, Şabran, Xaçmaz və Lənkəranda, eləcə də Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksində olublar. Ekspertlər topladıqları məlumatları təhlil edərək nəticələrlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə arayış təqdim edəcəklər.
   Nazirlikdən aldığımız məlumata görə, Azərbaycanın turizmin uzunmüddətli inkişaf strategiyasının hazırlanması üzrə işlərə başlanılıb və Türkiyə ekspertlərinin təqdim edəcəyi arayış da bu işdə nəzərə alınacaq. Azərbaycanın dənizsahili ərazilərində turizm layihələrinin həyata keçirilməsinə dair plan hazırlanarkən Türkiyənin Antalya və digər bölgələrinin təcrübəsindən də istifadə olunacaq.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar