Şamaxı həm tarixi keçmişinə, həm də coğrafi şəraitinə görə turizm üçün əlverişli zonalardan biridir.
   Son illər rayonun infrastrukturunun daha da möhkəmləndirilməsi, müasir istirahət mərkəzlərinin və mehmanxanaların tikilməsi nəticəsində Azərbaycanın bu qədim bölgəsinə gələn turistlərin sayı getdikcə artmaqdadır.
   Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, 2012-ci ildə Şamaxı rayonuna gələn xarici və yerli turistlərin sayı 70 min nəfərdən çox olub.
   Turizmin imkanlarından daha geniş istifadə olunması məqsədilə rayonda əsaslı işlər görülüb. Belə ki, rayon mərkəzindəki müasir tələblərə cavab verən «Şirvan» mehmanxanası tamamilə yenidən qurularaq istifadəyə verilib. Bundan əlavə, yeni «Şərədil» hotel kompleksinin və «Fəxriguşə» istirahət mərkəzinin tikintisi sürətlə davam etdirilir. Ümumiyyətlə, hazırda rayonda 24 istirahət mərkəzi fəaliyyət göstərir.
   Şamaxıda turistləri cəlb edəcək digər obyektlərin də yenidən qurulması və bərpa edilməsi diqqət mərkəzində saxlanılır. Son dövrlər Şamaxı şəhərində yeni park və meydanlar salınıb, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən qədim Şamaxı Cümə məscidində və AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında yenidənqurma və əsaslı təmir işləri aparılır. Rayondakı bir sıra tarixi abidələrin də bərpa olunması nəzərdə tutulur.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar