Azərbaycan Turizm İnstitutunda «İctimai fənlər» kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramli tarixi şəxsiyyət kimi» məqaləsinin müzakirəsinə həsr edilmiş seminar keçirilib. Seminarı ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq məqalənin tarixçi alimlər üçün dəyərli elmi istiqamət olduğunu qeyd edib. “İctimai fənlər” kafedrasının müdiri İbrahim Əliyev, professor Kərim Şükürov, dosent Məhərrəm Zülfüqarlı, sənətşünas Günay Qafarova və Sevil Kərimovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycan tarixinin aktual problemlərindən birini gündəmə gətirən məqalədə Şah İsmayılın, Səfəvilər dövlətinin tarixdə yeri, azərbaycançılıq ideyasının təşəkkülü məsələləri önə çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar