Astara rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev istedadlı uşaq və yeniyetmələri həmişə diqqət mərkəzində saxlayırdı” mövzusunda tədbir təşkil edilib. YAP Astara rayon təşkilatı və rayon Mərkəzi Kitabxanası ilə birgə keçirilən tədbirdə çıxış edənlər Ümummilli liderin istedadlı uşaqlara, yeniyetmələrə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub. Astara Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət sərgi də təqdim edilib.
Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və nitq mədəniyyəti” mövzusunda tədbir keçirilib. Çıxışlarda dilimizin inkişafı, qorunması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən dövlət proqramları və layihələrdən söz açılıb. Qeyd edilib ki, ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında dahi lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilimizlə daim fəxr edib.
***
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-in 1981-ci ilin 23-24 iyul tarixlərində İsmayıllı rayonuna səfərinin 42-ci ildönümünə həsr olunan tədbir keçirilib. Səfər zamanı Heydər Əliyevin görüşdüyü şəxslər xatirələrini bölüşüb, məktəblilər dahi şəxsiyyətə həsr edilmiş şeirlər söyləyiblər.
N.Məmmədli