Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyası şagirdləri üçün açıq havada rəsm dərsi keçirilib.
15 şagirdin iştirak etdiyi dərsdə akrilik vasitəsilə kətan, eləcə də karandaşlarla kağız üzərində mənzərələr əks olunub.
Xanbulan gölünün ətrafında həyata keçirilən dərs şagirdlər arasında bədii düşüncə tərzinin, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə asudə vaxtlarının səmərəli təşkili, rəssamlıq sənətinə marağın stimullaşdırılması məqsədilə təşkil edilib.
Qeyd edək ki, dərslərin yay mövsümündə hər həftənin son günləri keçirilməsi nəzərdə tutulub.
Nurəddin