Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalı davam edir.

Festivalın I və II turlarında uğur qazanan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində konserti təşkil olunub.

RMİ-nin rəis vəzifəsini müvəqqəti icra edən Pərvin Kazımov müsabiqədə uğur qazanan şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.

Konsertdə fortepiano, xalq çalğı alətləri, nəfəsli, simli alətlər və digər ixtisaslar üzrə təhsil alan şagirdlər və xor kollektivləri tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub və rəqs nömrələri təqdim edilib.

Nurəddin