6-15 oktyabr tarixlərində növbəti Bakı Caz Festivalı keçiriləcək. Sayca 18-ci festivalın iştirakçıları arasında dünyaca məşhur ifaçılar yer alacaqlar.
Oktyabrın 15-də Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq. Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır.
Məşhur caz ifaçısı eyniadlı albomu ilə Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.