Rusiyanın Əməkdar artisti Aleksandr Dyujev oktyabrın 21-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera studiyasında Aleksandr Puşkinin “Yevgeni Onegin” poeması əsasında monotamaşa ilə çıxış edəcək.
BMA-dan bildirilib ki, tamaşaçılar dünya ədəbiyyatının şah əsərlərindən birini yeni tərzdə dəyərləndirmək imkanı əldə edəcəklər.
Səhnə əsərində görkəmli bəstəkar Sergey Prokofyevin bu tamaşa üçün xüsusi olaraq yazılmış musiqisi səsləndiriləcək. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti Antonina Kuznetsovadır.