Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Nizami” adına mədəniyyət və istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub.

Sərgi zamanı kitabxananın fonduna daxil olan yeni kitablar, bədii və xarici ədəbiyyat, ümumilikdə oxucuların marağını cəlb edəcək müxtəlif başlıqlar altında kitablar nümayiş olunub.

Yay mövsümündə Mərkəzi Kitabxana tərəfindən rayon ərazisində fəaliyyət göstərən digər istirahət və mədəniyyət parklarında da bu kimi xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Nurəddin