Qazaxıstan Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində yanvarın 10-da Qəbələ rayonunda bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olub.
   
   Qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Qəbələdə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi bu diyarın füsunkar təbiətə malik olduğunu bir daha təsdiq edir.
   Nümayəndə heyətinə rayondakı təsərrüfat obyektləri ilə yanaşı, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” hotelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, Qəbələdə yaradılmış müasir turizm infrastrukturu barədə məlumat verilib. Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə mühüm işlər görüldüyünü söyləyiblər. Onlar ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndiriblər.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar