Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ilin dekabr ayı ərzində bir sıra turizm şirkətlərinə lisenziya və bir neçə mehmanxanaya isə ulduz dərəcəsi verilib. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə» Qərarına uyğun olaraq, nazirlik tərəfindən 2012-ci ilin dekabrında «Zərif Travel» MMC, «AVERTA» MMC, «Matrix Oasis» MMC, «Prince Tour» MMC, «R&R Müstəqil Media və Yayım» MMC və «SF Travel» MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2004-cü il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası»na əsasən ötən ay nazirlik tərəfindən bir neçə mehmanxana dövlət təsnifatından keçirilib. «Crescent Beach Hotel», «Park Inn» və «Clear» mehmanxanalarına 4 ulduz kateqoriyası verilib.
   
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar