Astara rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq!” və “Erkən nikaha yox deyək!” mövzularında maarifləndirici tədbir təşkil edilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra mövzu ilə əlaqədar “İradəsizlik” filmi nümayiş olunub.
Çıxışlarda yeniyetmə və gənclər arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından, həmçinin erkən nikahın yaratdığı fəsadlardan ətraflı bəhs edilib.
Sonda tədbir iştirakçıları Astara Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.