Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının (UİF) ikinci mərhələsi davam edir.
Qazax Rayon Heydər Əliyev Mərkəzində festivalın birinci mərhələsində rəssamlıq nominasiyasında uğur qazanmış Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Əvvəlcə uşaqlar Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar.
Sonra qonaqlar dərnək üzvlərinin bir-birindən maraqlı əsərləri ilə tanış olublar.