Dövlət başçısının iştirakı ilə Qazax, Şəmkir, Samux və Bərdə rayonlarında yeni müəssisələrin açılışı keçirilib...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı daha sonra yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.

Prezident Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində, Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun yenidən qurulan 102 kilometrlik Gəncə-Qazaxbəyli hissəsinin açılışına da qatılıb.

***

Prezident İlham Əliyev daha sonra Şəmkir rayonuna səfər edib.

Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Prezident Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

***

Prezident avqustun 7-də Samux rayonunda da olub.

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı daha sonra Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Prezident Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışını da edib.

***

Prezident İlham Əliyev avqustun 7-də Bərdə rayonuna da səfər edib.

Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin Bərdə şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Prezident Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.