Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan Safiyyə Nəsminin “Həyatımın rəngləri” adlı fərdi rəsm sərgisi təşkil olunub.

Sərginin keçirilməsində məqsəd “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasını təmin etməkdir.

Tədbirdə çıxış edənlər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan gənclərə göstərilən diqqət və qayğıdan, bu cür keçirilən sərgilərin əhəmiyyətindən söz açıblar.

Sonda qonaqlar sərgiyə baxıblar.

N.Məmmədli