12 avqust Beynəlxalq Gənclər Günüdür. Əlamətdar gün 1998-ci ilin 8-12 avqust tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində dünya ölkələri gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda təsis olunub.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 avqust – Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı fikirləri, rəsmi sənədlər, fotolar, mövzu ilə bağlı məqalə və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.