Ədəbiyyat Muzeyində beynəlxalq elmi konfrans keçiriləcək

 

Noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Urməvinin 825, Əbdülqadir Marağayinin 670, Mir Möhsün Nəvvabın 190 illiyinə həsr olunmuş “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək Yolu” kimi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə muzeydən məlumat verilib.

Konfrans “Orta əsrlər Azərbaycan və müsəlman Şərqi musiqişünaslığının şah əsərləri inteqrasiya fenomeni kimi”, “Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və Mir Möhsün Nəvvabın irsi fərqli mədəni epoxaları qovuşduran körpü kimi”, “Azərbaycan poeziyası və klassik musiqi irsi”, “Əruz, muğam və Şərq poetikasının Orta əsrlər Şərq ədəbi-mədəni mühitini qovuşdurma funksiyası”, “Klassik musiqi və poeziya abidələrinin elmi və ədəbi-mədəni inkişafa təsiri” bölmələrini əhatə edir.

Beynəlxalq konfransa məqalələr oktyabrın 15-dək qəbul edilir. Ətraflı məlumatla Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin saytında tanış olmaq mümkündür.