“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə xaricdə doktorantura təhsili almaq üçün sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Dövlət Proqramına nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Proqrama müraciətlər sentyabrın 20-dək davam edəcək. Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat haqqında məlumatı nazirliyin saytından əldə etmək mümkündür. Əlavə suallarla bağlı dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək olar.