Polşada xizək ləvazimatlarının nümayiş olunduğu «Ski Museu» adlı muzey var. Bu, xizək tarixinə aid ən böyük muzey kolleksiyasıdır. Burada bütün eksponatlar xronoloji ardıcıllıqla düzülüb. Ekspozisiya Polşada xizək ləvazimatının inkişafında bir əsrdən artıq müddətdə baş verən dəyişiklikləri göstərir. Muzeydə həmçinin bu mövzu haqqında müxtəlif kitablara da rast gəlmək mümkündür.
   Muzey beş il əvvəl Siklin şəhərində kolleksiyaçı və yerli sakinlərin dəstəyi nəticəsində yaradılıb. İldə dünyanın müxtəlif ölkələrindən minlərlə turist muzeyi ziyarətə gəlir.
   Qeyd edək ki, xizək yarışlarının mərkəzi Skandinaviya ölkələri hesab edilir. Ən qədim xizək ləvazimatları isə İsveçrədə tapılıb. Onların 3500 il bundan əvvəl hazırlandığı güman olunur.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar