20-31 avqust tarixlərində Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalı keçirilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Yekaterinburq Beynəlxalq Sərgi Mərkəzində təşkil olunan açılış mərasimində festivala qatılan ölkələrin bayraqlarının paradı gerçəkləşib.

Mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin festival iştirakçılarına təbrik məktubu oxunub.

Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin və Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşev iştirakçılara uğurlar arzulayıblar. Mərasim musiqili şou proqramla davam edib.

Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib.