Azərbaycan Kinematoqrafçılar İttifaqı film istehsalı layihəsinə başlayır

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Ağ-qara hərflərin rəngli yuxuları” adlı film istehsalı layihəsinə qəbul elan edir.

Müsabiqə filmin çəkilişi, ssenari yazılışı, rejissorluq, musiqi və s. sahələrdə, az da olsa, təcrübəsi olan, amma bu təcrübəni, başlanğıc biliklərini təkmilləşdirmək istəyən 20-30 yaş arası namizədlər üçün keçirilir.

İki mərhələdən ibarət olacaq layihənin birinci mərhələsində mentor Rövşən İsax tərəfindən ideyanın və onun ekran həllinin tapılması, ssenari üzərində rejissor işi, hazırlıq mərhələsində rejissorun operator, bəstəkar və rəssamlarla işi, çəkilişə hazırlıq və s. mövzular üzərində iki ay dərslər keçiriləcək.

Dərslər həftədə 2 dəfə və hər dərs iki saat olacaq. Dərslər həftə içi iş saatlarından sonraya salınacaq.

Real çəkiliş mərhələsi Qəbələdə, noyabr ayında 10 gün müddətində təşkil olunacaq. Layihədə iştirak ödənişsizdir.

Daha ətraflı: https://shorturl.at/kvAZ3

Layihəyə müraciət forması: https://shorturl.at/bdLPZ

Suallarla bağlı info@aki.az elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Lalə