Mədəniyyət naziri Adil Kərimli tərəfindən avqust ayının 23-də Tovuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib.
Vətəndaşların qəbulunun avqustun 29-da keçirilməsi planlaşdırılır.
Nizami adına Mədəniyyət evində (Tovuz şəhəri Bəhram Əsgərov küçəsi, 3) keçiriləcək görüşdə Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.