Azərbaycan Turizm İnstitutunun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində bir neçə ixtisas üzrə təhsil alan şagirdlərin dövlət imtahanları yekunlaşıb.
   Bu barədə qəzetimizə məlumat verən Turizm İnstitutunun peşə təhsili üzrə məsul əməkdaşı Cəmalətdin Axundovun sözlərinə görə, məktəbdə ötən ilin fevral ayında hər qrupda 20 nəfər olmaqla, 3 qrup üzrə şagird qəbulu elan edilib. Bunlar aşpaz-qənnadıçı, mühasib-əməliyyatçı və turizm agenti ixtisasları idi. Bu qrupların şagirdləri bir neçə aylıq istehsalat təcrübəsindən sonra ötən həftə dövlət imtahanlarını veriblər.
   C.Axundov qeyd etdi ki, imtahanların nəticələri qənaətbəxş olub. Belə ki, imtahan verən 60 nəfər şagirddən 50 nəfəri diplom alıb, 10 nəfər isə müxtəlif səbəblərdən imtahandan keçməyib. Diplom alanlardan 14 nəfəri turizm agenti, 18 nəfəri mühasib-əməliyyatçı, 18 nəfər isə aşpaz-qənnadıçı ixtisasları üzrə təhsil alanlardır.
   İnstitut əməkdaşı onu da bildirdi ki, fevralın 18-dən etibarən Bakı Turizm Peşə Məktəbində dağ-xizək turizmi üzrə bələdçi ixtisasında oxuyan şagirdlər Şahdağ Qış-Yay Turizm Kompleksinə istehsalat təcrübəsinə yollanacaqlar. Bunun üçün artıq kompleksin müdiriyyəti ilə razılıq əldə olunub.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar