Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” keçirilib.
Şahdağda ilk dəfə təşkil edilən festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar qatılıb.
Mərkəzdən verilən məlumata görə, iki gün davam edən tədbirdə motosikletçilər müxtəlif müsabiqələrdə özlərini sınayıblar. Bacarıq və istedadları ilə seçilənlər müxtəlif mükafatlarla təltif olunublar.
“Şahdağ” Turizm Mərkəzinin qonaqları üçün ödənişsiz motosiklet sürücülüyü təlimləri keçirilib, şou proqramlar təşkil edilib.