Azərbaycan kinosunun 125 illiyi yerlərdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunur.

Salyan rayon Mədəniyyət Mərkəzi tərəfindən kinomuzun yubileyi münasibətilə təşkil edilən “Azərbaycan kinosu – 125” adlı sərgi davam edir.

Azərbaycan Kinosu Günü ərəfəsində mərkəzin foyesində açılan sərgidə müxtəlif retro kino avadanlıqları nümayiş olunur.

Ziyarətçilərin maraqla qarşıladığı sərgi avqustun sonunadək açıq olacaq.

Nurəddin